
Waterboss Open S BNT 20 cod su probleminin daha intensiv olduğu yaşayış və obyektlər üçün effektiv həll təqdim edir. 30 litrlik reçina həcmi və yüksək məhsuldarlığı sayəsində eyni anda bir neçə istifadə nöqtəsində stabil yumşaq su təmin edə bilir.
Sistem suyun tərkibindəki kalsium və maqnezium kimi sərtlik yaradan mineralları azaldaraq kombi, su qızdırıcısı, qabyuyan və digər avadanlıqları ərp yığılmasından qorumağa kömək edir. Bu isə həm texniki nasazlıqların azalmasına, həm də enerji sərfiyyatının daha stabil qalmasına təsir göstərir.
Runxin idarəetmə paneli və həcm ayarlı işləmə prinsipi sistemin istifadəsini daha rahat və effektiv edir. Waterboss Open S BNT 20 xüsusilə fərdi evlər, villa və orta su sərfiyyatı olan obyektlər üçün uyğun seçim hesab olunur.
| İstehsalçı | Esli Group (Türkiyə) |
|---|---|
| İstismar | 10 il |
| Zəmanət | 2 il |
| Reçina miqdarı | 25 litr |
| İdarəetmə paneli | Canature BNT 650 |
| Balon | 8" x 35" |
| Su yumşaltma gücü | 4 m3/gün |
| En | 30 sm |
| Uzunluq | 48 sm |
| Hündürlük | 110 sm |
Rəy yazmaq üçün <a href="https://www.icebergaqua.az/hesabim/">daxil</a> olmalısınız.
Rəylər
Heç bir dəyərləndirmə yazılmayıb.