
Waterfall Novasoft su yumşaltma sisteminin günlük su yumşaltma gücü 7 tonadəkdir. Suyu ərpdən tam şəkildə təmizləyir. Sistem tam smart rəqəmsal idarəetmə panelinə malikdir. Bu paneldə cihazın hansı rejimdə olmasına dair məlumatlar əks olunur. Sistem 10×35 ölçülü reçina balonu, daxili duz kabini və əmici boru ilə təchiz edilmişdir. Cihaz xüsusi yığcamlığa və estetik görünüşə malikdir. Smart sistemin üstünlüyü digər cihazlara nisbətən daha az duz sərfiyyatı olmasıdır. Həmçinin təhlükəsizlik üçün bypass keçid sistemi də məhsulun üzərində montaj edilmişdir.
| İstehsalçı | Birsu Turkey |
|---|---|
| İstismar | 10 il |
| Zəmanət | 2 il |
| Reçina miqdarı | 35 litr |
| İdarəetmə paneli | Smart Digital |
| Su yumşaltma gücü | 7 ton/gün |
| En | 32 sm |
| Uzunluq | 45 sm |
| Hündürlük | 105 sm |
Rəy yazmaq üçün <a href="https://www.icebergaqua.az/hesabim/">daxil</a> olmalısınız.
Rəylər
Heç bir dəyərləndirmə yazılmayıb.