
Waterfall Smart mətbəx su filtri gündəlik su istifadəsində rahatlıq və güvən axtaranlar üçün hazırlanmış ağıllı filtrasiya həllidir. Cihaz krandan gələn suyu mərhələli filtrasiya sistemi vasitəsilə təmizləyərək içməyə uyğun, stabil keyfiyyətli suya çevirir.
Modelin əsas üstünlüklərindən biri üzərində yerləşən rəqəmsal ekran vasitəsilə suyun təmizlik səviyyəsini real vaxtda göstərməsidir. Bu, istifadəçiyə nə içdiyini bilmə rahatlığı verir və filtrin vəziyyətinə daimi nəzarət imkanı yaradır. Bu paneldən həmçinin:
– Suyun təmizlik vəziyyəti (TDS)
– Hər-hansı nasazlığa
– Cihaza daxil olan suya(TDS)
– Filtrlərin çirklənmə durumna (service reminder)
– Su sızmaları (safety indicator)
– Ümumi işləmə vəziyyəti (motor on/off) məlumatlarına nəzarət etmək mümkündür.
Waterfall Smart uzunömürlü filtr elementləri ilə dizayn edilib. Bu filtrlər suyun dadını və qoxusunu yaxşılaşdırmaqla yanaşı, gündəlik istifadə üçün davamlı performans təmin edir. Avtomatik xatırlatma funksiyası isə servis və filtr dəyişmə vaxtlarını unutmamağa kömək edir.
Minimalist dizaynı sayəsində Waterfall Smart müasir mətbəxlərə asanlıqla uyğunlaşır və əlavə yer tutmadan estetik görünüş yaradır.
| Filtr sayı | 6 (altı) |
|---|---|
| Filtr növü | İnline quick |
| Çən tutumu | 8 litr |
| Zəmanət | 2 il |
| Rəqəmsal funksiya | TDS dəyəri, filtrlərin vəziyyəti və sızma haqqında məlumatıandırma |
| Rəng | Ağ |
| Mineral növü | Alkalin |
| Su təmizləmə gücü | 200 litr/gün |
| İstehsalçı | Waterfall (Türkiyə) |
| İstismar | 15 (on beş) il |
| Membran | Smart 80 GPD |
| En | 25 sm |
| Hündürlük | 40 sm |
| Uzunluq | 40 sm |