Hər gün fabriklərdə, restoranlarda, hotellərdə və hətta evlərdə istifadə olunan suyun böyük hissəsi çirkab suya çevrilir. Bu su sadəcə tullantı deyil. Düzgün texnologiya ilə təmizləndikdə yenidən istifadə oluna bilən dəyərli resursa çevrilir.
Məsələn, sənaye müəssisələrində istifadə olunan suyun böyük hissəsi təmizlənərək:
- texniki proseslərdə yenidən istifadə edilə bilər
- soyutma sistemlərinə qaytarıla bilər
- yaşıllaşdırma və kənd təsərrüfatında istifadə edilə bilər
Bir çox ölkələrdə artıq suyun 50–80%-i təmizlənərək yenidən istifadə olunur. Bu isə həm ekoloji, həm də iqtisadi baxımdan ciddi üstünlük yaradır.
Bu yazıda çirkab su təmizləmə sistemlərinin necə işlədiyini, hansı texnologiyalardan istifadə olunduğunu və prosesin necə getdiyini real bir nümunə üzərindən izah edəcəyik.
Çirkab su təmizləmə sistemləri nədir?
Çirkab su təmizləmə sistemləri istifadə edilmiş və çirklənmiş suyun fiziki, kimyəvi və bioloji üsullarla təmizlənərək təhlükəsiz hala gətirilməsi üçün qurulan texnoloji sistemlərdir. Bu sistemlərin əsas məqsədi zərərli maddələri sudan ayırmaq, ətraf mühiti qorumaq və suyun təkrar istifadəsini mümkün etmək
Sənaye müəssisələrində çirkab suların tərkibində adətən aşağıdakı maddələr olur:
- yağ və yağlı maddələr
- kimyəvi maddələr
- ağır metallar
- üzvi maddələr
- mikroorqanizmlər
Çirkab su təmizləmənin əhəmiyyəti
Çirkab suyun təmizlənməsi sadəcə ekoloji məsələ deyil. Bu həm də iqtisadi və strateji məsələdir.
Dünya üzrə aparılan araşdırmalar göstərir ki:
- dünyada istifadə olunan suyun təxminən 80%-i təmizlənmədən təbiətə buraxılır
- sənaye müəssisələrində su xərclərinin 30–50%-i təkrar istifadə ilə azaldıla bilər
Suyun təmizlənməsi isə aşağıdakı üstünlükləri yaradır:
- su resurslarına qənaət
- istehsalat xərclərinin azalması
- ekoloji standartlara uyğunluq
- tullantı suların təhlükəsiz idarə olunması
Məhz buna görə bir çox ölkələrdə sənaye müəssisələri üçün çirkab su təmizləmə sistemləri artıq məcburi infrastruktur hesab olunur.
Çirkab su təmizləmə sistemlərində istifadə olunan əsas texnologiyalar
Praktikada bir çox hallarda tək sistem deyil, bir neçə texnologiyanın kombinasiyası istifadə olunur.
Ən geniş istifadə olunan sistemlər aşağıdakı cədvəldə təsvir olunub:
| Sistem | Funksiya |
| Mexaniki filtrasiya | iri tullantıların ayrılması |
| Koagulyasiya və flokulyasiya | kimyəvi çirklərin çökməsi |
| Bioloji təmizləmə | üzvi maddələrin parçalanması |
| Membran texnologiyaları (MBR, RO) | yüksək səviyyəli filtrasiya |
| Dezinfeksiya (UV və ya xlor) | bakteriyaların məhv edilməsi |
Çirkab su təmizləmə mərhələləri
İndi isə prosesi sadə bir sənaye nümunəsi üzərində izah edək.
Tutaq ki, bir qida istehsalı fabriki gündə 100 ton çirkab su yaradır.
Bu su təmizlənmək üçün aşağıdakı mərhələlərdən keçir.
- İlkin mexaniki filtrasiya
İlk mərhələdə sudan iri tullantılar ayrılır. Buraya daxildir:
- qida qalıqları
- plastik parçaları
- çöküntülər
Bu mərhələdə çirkab suyun təxminən 20–30%-i mexaniki tullantılardan təmizlənir
- Kimyəvi təmizləmə mərhələsi
Bu mərhələdə suya xüsusi kimyəvi maddələr əlavə olunur və əsas məqsəd xırda çirkləndiriciləri birləşdirib çökməsini təmin etmək. Bu prosesə koagulyasiya və flokulyasiya deyilir.
Nəticədə:
- yağlar
- üzvi maddələr
- bəzi kimyəvi çirkləndiricilər çöküntüyə çevrilərək sudan ayrılır.
- Bioloji təmizləmə mərhələsi
Bu mərhələdə su xüsusi bakteriyaların olduğu reaktorlardan keçir. Bu bakteriyalar suda olan üzvi tullantıları parçalayır və suyun tərkibini təmizləyir
Bioloji təmizləmə üçün ən çox istifadə olunan texnologiya isə MBR-dir(membran bioreaktor) və suyun çirklənmə səviyyəsi 70–90% azaldır.
- Membran filtrasiya
Bioloji təmizləmədən sonra su yüksək dəqiqlikli membranlardan keçirilərək
- mikro hissəciklər
- bakteriyalar
- bəzi kimyəvi maddələr sudan ayrılır.
Bu mərhələdə ən geniş yayılmış sistemlər isə ultrafiltrasiya və reverse osmosis(əks osmos) texnologiyalarıdır.
- Dezinfeksiya mərhələsi
Son mərhələdə su UV şüaları və ya xlor sistemi ilə dezinfeksiya edilir. Bu proses bakteriyaların və mikroorqanizmlərin məhv edilməsini təmin edir.
Nəticədə 100 ton çirkab sudan təxminən 75–80 ton təkrar istifadə edilə bilən su əldə etmək mümkün olur.
Bu su aşağıdakı sahələrdə istifadə oluna bilər:
- sənaye soyutma sistemləri
- texniki proseslər
- yaşıllaşdırma
- kənd təsərrüfatı
Çirkab suyun təkrar istifadəsinin iqtisadi faydası
Təmizlənmiş suyun təkrar istifadəsi müəssisələrə ciddi iqtisadi üstünlük yaradır.
Məsələn, bir fabrikin gündəlik su istifadəsi 200 ton olarsa və bunun yarısı təkrar istifadə edilərsə, ay ərzində 3000 tona qədər suya qənaət etmək mümkündür
Beləliklə, çirkab su təmizləmə sistemləri sadəcə filtrasiya prosesi deyil. Bu sistemlər həm də:
- ətraf mühiti qoruyur
- su resurslarını qoruyur
- müəssisələrə iqtisadi üstünlük yaradır
Müasir texnologiyalar sayəsində artıq çirkab su tullantı deyil, yenidən istifadə edilə bilən dəyərli resurs hesab olunur. Düzgün qurulmuş bir sistemlə sənaye müəssisələri istifadə etdikləri suyun böyük hissəsini təmizləyərək yenidən istehsalata qaytara bilirlər. Bu isə gələcəyin ən vacib su idarəetmə strategiyalarından biridir.
Sənaye tipli su təmizləmə sistemləri ilə tanış olmaq üçün по этой ссылке сделать переключатель.
Pulsuz su analizi və mütəxəssis konsultasiyası üçün по этой ссылке bizimlə əlaqə saxlayın.




