Контакты

Quyu Suyu Necə Təmizlənir? Quyu Suları üçün Filtr Sistemləri

Azərbaycanda, xüsusilə Abşeron yarımadası və bəzi regionlarda quyu suyundan (artezian) istifadə kifayət qədər geniş yayılıb. Bir çox hallarda bu tip sular kifayət qədər şəffaf görünür, amma bu, suyun istifadəyə uyğun olduğu demək deyil. Yüksək duzluluq, codluq, ağır metallar, bulanıqlıq və ya həll olmuş minerallar bu tip quyu suları üçün ən xarakterik problemlərdir.

Filtrasiya edilməmiş quyu suları birbaşa istifadəyə verildikdən qısa müddət sonra problemlər başlayır, duş başlıqları tutulur, istilik sistemləri sıradan çıxır. Bəzi hallarda su o dərəcədə duzlu olur ki, birbaşa içilməsi mümkünsüz olur. Məhz buna görə quyu suları üçün “bir filtr alım, problem bitsin” yanaşması çox vaxt problemi həll etmir. Çünki hər quyunun suyu fərqlidir və düzgün sistem yalnız analizdən sonra müəyyən olunur.

Quyu sularında ən çox rast gəlinən problemlər

Yüksək sərtlik (cod su)

Suda olan kalsium və maqnezium miqdarı yüksək olduqda su “cod” sayılır. Bu isə:

  • kombi və su qızdırıcılarında ərp
  • duş və kranlarda ağ izlər
  • məişət cihazlarının sıradan çıxması
  • sabunun gec köpüklənməsi
  • daha çox enerji sərfiyyatı kimi problemlərə səbəb olur.

ABŞ Enerji Departamentinin məlumatına görə, su qızdırıcılarında cəmi 1 mm ərp belə istilik ötürülməsini hiss ediləcək şəkildə azalda bilir. Bu isə enerji sərfiyyatına birbaşa təsir edir.

Duzluluq və yüksək TDS

Bir çox quyu suyunda əsas problem məhz budur. Su şəffaf görünür, amma dadı ağır və ya duzlu olur. Bunun səbəbi suda həll olmuş mineralların normadan artıq olmasıdır.

Ümumdünya Səhiyyə Təşkilatına (WHO) görə içməli sularda yüksək TDS dad və istifadə keyfiyyətinə ciddi təsir göstərə bilər. Xüsusilə 1000 mg/L üzərində olan sularda istifadəçilər duzluluğu açıq hiss etməyə başlayır.

Ağır metallar, pas və bulanıqlıq

Bəzi quyularda su ilk baxışdan normal görünür, amma bir müddət saxlanıldıqda saralma və ya qəhvəyi çöküntü yaranır. Bu isə əsasən dəmir, manqan, pas hissəcikləri və qum/çöküntü ilə əlaqəli olur. Belə hallarda sistemin ilk mərhələsində mexaniki filtrasiya və ya qum filtrasiyası istifadə olunur.

 

quyu suyu təmizləmə sistemləri

Peşəkar sistem layihələndirilməsində ilk addım həmişə analizdir. Çünki eyni görünən iki quyu suyuna tam fərqli sistem lazım ola bilər. Adətən yoxlanılan əsas göstəricilər isə aşağıdakı cədvəldə əks olunub.

Parametr Təsir
TDS Duzluluq və mineral miqdarı
Sərtlik Ərpləşmə və codluq
Dəmir Saralma və çöküntü
pH Suyun balansı
Qoxu/rəng Əlavə filtr ehtiyacı

Quyu suları hansı filtrasiya sistemləri ilə təmizlənir

Praktikada ən effektiv nəticə adətən bir neçə mərhələli sistemlə əldə olunur.

  1. Mexaniki filtrasiya

İlk mərhələdə suda olan qum, pas, çöküntü və bulanıqlıq aradan qaldırılır. Su çox çirkli olduqda balon tipli qum filtrasiyası da istifadə olunur.

  1. Su yumşaltma sistemi

Bu mərhələdə codluğa səbəb olan kalsium və maqnezium azaldılır. Bu sistemlər:

  • ərpi aradan qaldırır
  • texnikaların qoruyur
  • RO membranının daha uzunömürlü işləməsini təmin edir
  • enerji sərfiyyatının azaldır 
  1. Aktiv karbon filtrasiya

Quyu sularında xlor və digər bənzəri maddələr adətən olmasa da, bəzi sularda qoxu, rəng, üzvi maddələr və yağ tərkibli çirklənmələr müşahidə edilə bilir. Belə hallarda aktiv karbon filtrasiya sistemi istifadə olunur.

  1. Əks osmos sistemi (RO)

Duzlu quyu sularında əsas işi görən mərhələ обратный осмос tipli sistemdir. Bu sistemlər yüksək TDS, duzluluq, ağır metallar və həll olmuş mineralların böyük hissəsini sudan ayırır.

Praktikada quyu suları üçün ən çox istifadə olunan həllərdən biri 2 membranlı sənaye tipli RO sistemləridir. Məsələn, gündəlik istifadəyə uyğun 5 tonluq sistemlər həm fərdi evlərdə, həm də obyektlərdə geniş istifadə olunur.

Həddindən artıq çox çirkli olan və qeyri stabillik göstərən sularda isə əks osmos sistemi ilə birgə antiskalant dozaj sistemi istifadə olunur. Sistem xüsusi kimyəvi məhlulu dozajlayaraq membranın qorunmasına kömək edir. Bu isə membranın ömrünü uzadır və servis xərclərini azaldır.

Aşağıdakı şəkildə isə quyu suyunun təmizlənməsi layihələrindən birnin vizual təsviri və ətraflı məlumatlar yer almışdır. 

quyu suyu təmizləmə sistemi

Nəticə

Quyu suyunun təmizlənməsi təkcə filtr quraşdırmaqdan ibarət deyil. Əsas məsələ suyun tərkibini düzgün analiz etmək və həmin analizə uyğun sistemi layihələndirməkdir.

Bəzi sularda sadəcə yumşaldıcı kifayət edir. Bəzi hallarda isə çox mərhələli əks osmos sistemi tələb olunur. Düzgün seçilmiş sistem həm suyun keyfiyyətini artırır, həm də uzun müddətdə texniki və servis xərclərini ciddi şəkildə azalda bilir.

Quyu sularının ödənişsiz analiz edilməsi və sistemlər haqqında ilkin konsultasiya almaq üçün по этой ссылке qeydiyyatdan keçə bilərsiniz.