Kiçik Qum Dənələri ilə Böyük Fərq
Suyun keyfiyyəti həm insan sağlamlığı, həm də sənaye üçün kritik rol oynayır. Təmiz üçün isə müxtəlif texnologiyalardan istifadə olunur, amma onların arasında ən sadə, eyni zamanda ən etibarlı üsullardan biri də kvars qum filtrləridir.
Bu sistemlərin iş prinsipi, üstünlükləri və tətbiq sahələri kimi məlumatlara keçməzdən öncə, gəlin, dünya miqyasında kvars qum filtrasiyası üzrə maraqlı statistik bilgilərə nəzər yetirək:
- Su təmizləmə müəssisələrinin 40%-də kvars qum filtrləri ilkin mərhələ olaraq tətbiq edilir.
- ABŞ və Avropa ölkələrində içməli su standartlarına görə, mexaniki filtrasiya mərhələsi məcburidir.
- Hindistan və Çin kimi ölkələrdə ictimai hovuzların 90%-i kvars qumu ilə təmizlənir.
- ÜST-nin məlumatına görə, mexaniki filtrasiyası olmayan su şəbəkələrində mikroorqanizm yükü 5–7 dəfə yüksək olur.
Kvars qum filtrləri necə işləyir?
Kvars qum filtri – xüsusi hazırlanmış təbii kvars dənələrinin suyu mexaniki olaraq süzərək təmizləyən filtasiya üsulu və qurğusudur.
- Su filtrin yuxarı hissəsindən daxil olur.
- Fərqli ölçülü qum qatlarından keçərək hissəciklər tutulur.
- Daha şəffaf və təmiz su alt hissədən çıxır və növbəti mərhələyə ötürülür.
Bu proses mexaniki filtrasiya ilə yanaşı, müəyyən qədər adsorbsiya effekti də yaradır. Kvars qum filtrlərinin effektivliyi qum dənələrinin ölçüsünə görə dəyişir. Çox incə qum yüksək dərəcədə şəffaflıq verir, daha iri dənələr isə böyük hissəcikləri sürətlə tutur.
Kvars qum hansı sahələrdə tətbiq olunur?
Kvars qum filtrləri müxtəlif sahələrdə “ilk müdafiə xətti” rolunu oynayır:
- Qida və içki sənayesi – meyvə şirəsi, pivə, süd məhsulları və içməli su istehsalında ilkin təmizləmə.
- Şəhər su təchizatı – içməli suyun mikrohissəciklərdən təmizlənməsi.
- Hovuzlar və akvaparklar – bulanıqlığın və yosun yaranmasının qarşısının alınması.
- Enerji sektoru – soyutma sistemlərində və qazanxanalarda miqyas və ərpin qarşısını almaq üçün.
- Tekstil və kağız sənayesi – istehsalda istifadə olunan texniki suyun keyfiyyətinin qorunması.
- Məişət və villalar – quyu və artezian sularının istifadəyə yararlı hala gətirilməsi.
Aşağıdakı diaqram vasitəsilə kvars qum filtrasiya sistemlərinin əsas tətbiq sahələri üzrə faizlə miqdarı təsvir olunub:
Kvars qumun üstünlükləri
- Sadə və effektiv işləmə prinsipi – yalnız mexaniki təmizləmə apararaq suyun içindəki bulanıqlığı, lil, palçıq, pas və iri hissəcikləri effektiv şəkildə tutur.
- Davamlılıq – düzgün istismar edildikdə 5 il və daha çox müddət istifadə oluna bilər.
- Aşağı istismar xərcləri – əsas texniki xidmət yuyulma (backwash) ilə aparılır, əlavə bahalı komponentlərə ehtiyac yoxdur.
- Çoxşaxəli tətbiq sahəsi – həm məişət, həm də sənaye su sistemlərində istifadə edilə bilər
- Müxtəlif filtrasiya səviyyələri – qum dənələrinin ölçüsü dəyişdirilməklə 5 mikrona qədər hissəcikləri saxlamaq mümkündür.
- İnteqrasiya imkanı – aktiv karbon, yumşaldıcı və membran sistemləri ilə birgə işləyə bilir.
- Ekoloji təmiz – yalnız təbii kvarsdan ibarətdir.
Kvars qum filtrlərini digər su təmizləmə texnologiyaları ilə fərqləndirmək üçün aşağıdakı sadələşdirilmiş cədvələ nəzər yetirə bilərsiniz:
| Texnologiya | Sistemdə yeri | Məqsəd |
|---|---|---|
| Kvars qum filtri | İlkin mərhələ (pre-filtr) | Sonrakı avadanlıqları qoruyur, çöküntüləri saxlayır |
| Aktiv karbon filtri | Orta mərhələ | Dad və qoxunu yaxşılaşdırır |
| Su yumşaldıcı | Orta mərhələ | Ərpin qarşısını alır, avadanlığın ömrünü uzadır |
| Ultrafiltrasiya (UV) | Son mərhələ | Mikrobioloji təhlükəsizliyi artırır |
| Əks osmos (RO) | Son mərhələ | Ən yüksək səviyyədə təmizləmə təmin edir |
Kvars qum filtrləri görünüşcə sadə olsa da, suyun keyfiyyətinin yüksəldilməsində əvəzsiz rol oynayır. İstər böyük sənaye müəssisəsi, istər məişət ehtiyacı olsun – təmiz suya gedən yol çox vaxt kiçik qum dənələrindən keçir.
Kvars qumu haqqında məlumat üçün по этой ссылке вы можете переключиться.
Sənaye tipli su təmizləmə sistemləri, konsultasiya, qiymətləndirmə, layihələndirmə və sorğularınız üçün по этой ссылке bizimlə əlaqə saxlaya bilərsiniz.




